AZ

Yığmanın baş məşqçisi: Təəssüf ki, komanda bu gün istədiyi oyunu nümayiş etdirə bilmədi

Yığmanın

“Təəssüf ki, komanda bu gün istədiyi oyunu nümayiş etdirə bilmədi".

AZƏRTAC xəbər verir ki, bu sözləri kişi voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Fərid Cəlalov Qızıl Avropa Liqasının ilk oyununda doğma meydanda Rumıniya seçməsinə 0:3 hesabı ilə məğlub olduqları oyunu şərh edərkən deyib.

O, hücumda və qəbulda zəif oynadıqlarını bildirib: “Rəqibi təbrik edirəm. Bizdən fərqli olaraq, onların heyətində təcrübəli oyunçular çoxluq təşkil edirdi. Oyun praktikası cəhətdən də bizdən üstündürlər. Köhnə voleybolçulardan 4 nəfəri heyətdə saxlamışdıq. Cəmi iki həftə məşq keçmişdik. Bir matçın nəticəsinə görə komandaya qiymət vermək düzgün çıxmaz. Bunun üçün illər lazımdır".

Onun sözlərinə görə, qısa müddət ərzində iki görüş keçirmələri komandaya yorğunluq cəhətdən təsir etməyəcək: "Biz sıx qrafikdə oynamağa öyrəşmişik. Bunu özümüz üçün problem etmirik. Ümid edirəm ki, qarşıdakı matçlarda yaxşı nəticələr qazanacağıq".

Qeyd edək ki, Azərbaycan millisi mayın 19-da ikinci görüşündə Bakıda Ukrayna seçməsi ilə qarşılaşacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
1
xalqcebhesi.az

2Mənbələr