AZ

Mirzoyan avstriyalı həmkarı ilə Azərbaycanla danışıqlar prosesini müzakirə edib

Mirzoyan

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Avstriya xarici işlər naziri Aleksandr Şallenberq Azərbaycanla Ermənistan arasında danışıqlar prosesini müzakirə edib.

APA xəbər verir ki, bu barədə Avstriya XİN rəhbəri "X" hesabında bildirib.

Strasburqda Avropa Şurası XİN rəhbərləri Komitəsinin iclası çərçivəsində ermənistanlı həmkarı ilə görüşdüyünü qeyd edən Aleksandr Şallenberq bildirib ki, görüş zamanı tərəflər ikitərəfli və Aİ əməkdaşlığı, eyni zamanda, Ermənistan-Azərbaycan danışıqlarının vəziyyətini müzakirə ediblər.

"Sülh və sabitliyin bütün regionun iqtisadi potensialını ortaya çıxacağını vurğuladım", - o əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
142
9
xalqcebhesi.az

10Mənbələr