AZ

ABŞ yardım maşınlarının Qəzzada qurulan müvəqqəti limanı tərk etməyə başladığını bildirib

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İsrailin 7 oktyabr 2023-cü ildən bəri hücumlarını davam etdirdiyi Qəzza zolağında ABŞ-ın qurduğu müvəqqəti limandan yük maşınlarının yardım daşımağa başladığını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Açıqlamaya görə, Qəzzaya "humanitar yardım" aparan yük maşınları yerli vaxtla səhər saat 09:00 radələrində limanı tərk etməyə başlayıb.

Bəyanatda liman vasitəsilə  heç bir ABŞ əsgərinin yerə enmədiyi və bunun "Qəzzada Fələstinli mülki şəxslərə əlavə yardım göstərmək üçün davam edən çoxmillətli bir səy" olduğu və bəzi ölkələr və humanitar təşkilatlar tərəfindən bağışlanan yardımların da olduğu vurğulanıb.

Xatırladaq ki, ABŞ Müdafiə Nazirliyi mayın 8-də dəniz yolu ilə humanitar yardım çatdırmaq üçün missiyaya başlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
1
operativmm.az

2Mənbələr