AZ

Antalyada FETÖ əməliyyatında 22 şübhəli saxlanılıb

Türkiyənin Antalya şəhərində Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı keçirilən əməliyyatda 22 şübhəli saxlanılıb.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat verib.

Valilikdən verilən açıqlamaya görə, Respublika Baş Prokurorluğunun koordinasiyasında Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbə Müdirliyi tərəfindən FETÖ/PDY silahlı terror təşkilatına qarşı əməliyyat keçirilib.

Polis tərəfindən mayın 14-də eyni vaxtda həyata keçirilən əməliyyatda 6-sı şəhərdə yaşayan dövlət məmuru olmaqla 22 şübhəli yaxalanıb.

QAZİLER,AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
qaziler.az

1Mənbələr