AZ

Rusiya KİV-lərinin Avropada yayımına qadağa qoyulub

Rusiya

Avropa İttifaqı (Aİ) Şurası Rusiya təbliğatını yayan, dəstəkləyən və Ukraynaya qarşı hərbi təcavüzü təbliğ edən daha dörd kütləvi informasiya vasitəsinin (KİV) öz ölkələrində yayımını qadağan edib.

Reyting.az
-ın xəbərinə görə, Aİ Şurasının saytındakı bəyanatda deyilir ki, “Avropanın Səsi”, “RİA Novosti”, “İzvestiya” və “Rossiyskaya qazeta”nın yayımı ittifaq ölkələrində qadağan edilib.

“Bu media Rusiya Federasiyası rəhbərliyinin daimi və ya dolayı nəzarəti altındadır, Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin yayılmasında və dəstəklənməsində, eləcə də qonşu ölkələrdə sabitliyin pozulmasında mühüm rol oynayır”, - bəyanatda deyilir.

Eyni zamanda, qadağa bu media qurumları əməkdaşlarının Aİ-də yayımdan başqa fəaliyyətlə məşğul olmasına, məsələn, araşdırma aparmaq və müsahibələr almasına mane olmayacaq.

Aİ qeyd edir ki, Rusiya Ukraynaya qarşı tammiqyaslı təcavüzə haqq qazandırmaq və dəstəkləmək, qonşu ölkələr, Aİ və onun üzv dövlətlərində sabitliyi pozmaq strategiyasını gücləndirmək üçün media və informasiya manipulyasiyası, müdaxilə və kobud təhrifdən ibarət sistemli beynəlxalq kampaniya aparır.

E. KAMAL
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
reyting.az

1Mənbələr