AZ

Aleksey Overçuk: Rusiya Şimal-Cənub dəhlizinin yaradılmasında Azərbaycanla sıx əməkdaşlıq edir Aleksey Overçuk: Rusiya Şimal-Cənub dəhlizinin yaradılmasında Azərbaycanla sıx əməkdaşlıq edir

 

Rusiya daha yaxşı rəqabət şəraiti üçün böyük Avrasiyanın nəqliyyat və logistika əlaqəsini təmin etməyi hədəfləyir.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk “Rusiya - İslam dünyası: KazanForum 2024” plenar sessiyasında deyib.

Onun sözlərinə görə, bu, əmtəə istehsalçıları üçün daha yaxşı rəqabət şəraitini təmin edəcək: “Buradakı həmkarlar artıq həmin infrastruktur layihələrindən, Şimal-Cənub dəhlizinin yaradılması haqqında danışıblar. Biz Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, Qırğızıstan ilə sıx əməkdaşlıq edirik. Bu, həm dəmir yolu daşımalarının, həm də avtomobil daşımalarının inkişafıdır”.

“Biz ilk növbədə Avrasiyanın nəqliyyat və logistika əlaqəsini təmin etməyə yönəlmişik, ona görə də anlayırıq ki, biz əmtəə istehsalçılarımızı qlobal Cənub bazarlarına çıxmaları üçün ən yaxşı rəqabət şəraiti ilə təmin edirik”, - o bildirib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
9
operativmm.az

10Mənbələr