AZ

Bakıda muzeylər pulsuz olacaq

Hər il mayın 18-i Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir.

Mədəniyyət Nazirliyindən Azerforum-a verilən xəbərə görə, bu gün Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilmiş və əsas məqsədi muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərməkdir.

Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu gün hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylərdə təhsil və tədqiqat” mövzusuna həsr olunub.

Beynəlxalq Muzeylər Günü ilə əlaqədar insanların asudə vaxtının səmərəli təşkili, onların muzey müəssisələri vasitəsilə Azərbaycanın zəngin mədəni irsi ilə yaxından tanış olmalarının təmin edilməsi məqsədilə *Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə* “Açıq qapı” günü elan olunur. Beləliklə, vətəndaşlar və ölkəmizin qonaqları 18 may tarixində ödənişsiz olaraq muzeyləri ziyarət etmək imkanı əldə edəcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
636
50
azerforum.com

10Mənbələr