AZ

Qazaxda 18 may – Beynəlxalq Muzeylər Günü qeyd olundu -Fotolar



18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə YAP Qazax rayon təşkilatı Aparatının işçiləri və fəalları Qazax Tarix – Diyarşünaslıq muzeyini, Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin xatirə muzeylərini ziyarət etdilər. Onlar Ümummilli Lider Heydər Əliyevin və Möhtərəm Prezident İlham Əliyev cənablarının çoxşaxəli fəaliyyətini əks etdirən fotolardan ibarət guşələrə, rayonun təbiətini və tarixini əks etdirən eksponatlara, torpaqlarımızın işğaldan azad olunmasında canından keçərək Şəhidlik zirvəsinə yüksəlmiş Müqəddəs Şəhidlərimizə həsr olunmuş guşələrə, təbiət, arxeologiya, qədim daş dövrü, orta əsrlər və "bəy evi" bölmələrinə, M.P.Vaqif və M.V.Vidadinin həyat və yaradıcılığını əks etdirən fotolara, XVIII əsrə aid məişət, bəzək əşyalarına, paltarlara, silahlara, tablolara və s. baxdılar.

Tədbirdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək bildirdi ki, Azərbaycanda milli - mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olub. Ölkəmizdə muzey işinin inkişafı da məhz, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın tarixi və milli - mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan Ulu Öndər respublikada bu sahədə həyata keçirilən müvafiq tədbirlərin genişləndirilməsini, onun maddi - texniki bazasının gücləndirilməsini daim diqqət mərkəzində saxlamışdır. Ulu Öndərimizin şəxsi təşəbbüsü ilə tarixi şəxsiyyətlərin memorial - xatirə, mənzil, bölgələrdə tarix - diyarşünaslıq muzeyləri yaradılmışdır.

YAP Qazax rayon təşkilatının sədri Ümummilli Liderimiz tərəfindən əsası qoyulmuş muzey işinin inkişafı üzrə siyasətin bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev və ölkəmizin Birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırdı və xoş arzularını bildirdi.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
aia.az

1Mənbələr