AZ

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Gədəbəy rayonunda «Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi Mülki müdafiə qüvvələrinin xəbərdarlıq toplanışı siqnalı üzrə fəaliyyəti» mövzusunda Mülki müdafiə məşqi keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, məşqin keçirilməsində əsas məqsəd fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələrin yerinə yetirilməsi zamanı Mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış üzrə hazırlıq səviyyəsinin, rabitə və xəbərdarlıq sisteminin vəziyyətinin yoxlanılması, həmçinin fövqəladə hadisələrin nəticələrini aradan qaldırarkən qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili məqsədilə Mülki müdafiə qüvvələrinin xəbərdarlıq sxemi üzrə toplanış müddətinin müəyyənləşdirilməsi olub.

Məşqin keçirilmə planına uyğun olaraq, məşqin gedişi zamanı ərazi qüvvələrinin sıra baxışı keçirilmiş, şəxsi heyətin siyahısı, ştat cədvəlinə uyğun texnika və avadanlıqların varlığı, işlək vəziyyətdə olması yoxlanılmış, istifadə qaydaları nümayış etdirilmiş, fövqəladə hadisələr zamanı xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması ardıcıllığı dəqiqləşdirilmiş, funksional vəzifələr dinlənilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
5
operativmm.az

6Mənbələr