AZ

Estoniya Rusiya ilə torpaq mübadiləsindən İMTİNA ETDİ

Estoniya Rusiya ilə torpaq mübadiləsi əvəzinə sərhədyanı əraziləri inkişaf etdirmək qərarına gəlib.

News365.az xəbər verir ki, bu barədə respublikanın daxili işlər naziri Lauri Lanemets bildirib.

“Estoniya Rusiya ilə sərhəddə əvvəllər dəyişdirilməsi planlaşdırılan torpaq sahələrini inkişaf etdirəcək. Bu qərar yaxın gələcəkdə ərazi mübadiləsinin həyata keçirilməsi ehtimalının aşağı olması səbəbindən qəbul edilib. Yəqin ki, biz daha bir neçə onilliklər, hətta əsrlər boyu Rusiya ilə heç bir torpaq mübadiləsi aparmayacağıq”, - nazir qeyd edib

Əvvəllər Estoniya mümkün mübadilə üçün 4 kilometrlik hissə ayırmışdı. İndi bu ərazidə, Pskov vilayətinin Estoniya ərazisinə uzanan bir hissəsi olan "Saatse Boot" ətrafında yeni bir dolama yol tikiləcək.

Estoniya Rusiya ilə sərhədin tənzimlənməsini 2026-cı ildə başa çatdırmaq niyyətində idi, lakin sonra son tarix 2025-ci ilin axırına təxirə salınıb.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
1
news365.az

2Mənbələr