AZ

FHN-in nümayəndələri INSARAG tədbirlərində iştirak ediblər

Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin nümayəndələri İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Humanitar Şəbəkələr və Əməkdaşlıq Həftəsi çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) Müşahidə Şurasının görüşündə iştirak ediblər.

 

INSARAG-a üzv dövlətlərlə tərəfdaş qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdikləri görüşdə idarəetmə və fəaliyyət tənzimləmələrinin müzakirəsi aparılıb.

 

Tədbir zamanı INSARAG Katibliyinin iş planı və nəzərdə tutulan tədbirlər barədə məlumat verilib, INSARAG şəbəkəsinə qoşulmaq arzusunda olan komandaların sayının artmaqda davam etdiyi diqqətə çatdırılıb, Rəhbəredici Sənədlərin təkmilləşdirilməsinə dair işçi qruplarda fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr müzakirə olunub.

 

Müzakirələr zamanı fövqəladə hallar zamanı insan hüquqlarının qorunması və zərərçəkmişlərə operativ və effektiv tibbi yardımın göstərilməsi, iqlim dəyişmələri ilə bağlı baş verən daşqın və sel fəlakətlərinə diqqət ayrılması və könüllü olaraq bəyan edilən beynəlxalq sularda xilasetmə komandalarının da qeydiyyata alınmasının və bu sahədə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi qeyd edilib.

 

Tədbir çərçivəsində INSARAG Katibliyi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin nümayəndələri arasında işçi görüş keçirilib, INSARAG beynəlxalq sinifləndirilməsinə hazırlıq tədbirləri və görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
2
qht.az

3Mənbələr