AZ

Direktor qətlə yetirilmiş tələbəsindən DANIŞDI: “Könül nəsənəsinə zəng edib…” + VİDEO

“Könül Ağayeva təhsil aldığı müddət ərzində dərslərdə müntəzəm iştirak edib”.

SAVASH.ORG xəbər verir ki, bu sözləri Baku TV-yə açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad filialının direktoru Xudayar Sultanlı deyib.

O bildirib ki, Könül fevral ayının 16-dan sonra universitetlə əlaqəni tamamilə kəsib:

“Tələbə Lənkəran Dövlət Universitetinə 2021-ci tədris ilində qəbul olub. İki kurs təhsil aldıqdan sonra ADPU-nun Cəlilabad filialında il yarım təhsilini davam etdirib. Universitetlə əlaqəni kəsdikdən sonra nənəsinin himayəsində yaşadığı üçün məlumat verdik. Məlum olub ki, Könül ailəsi ilə də əlaqəni kəsib. O bu ilin martın 1-də nənəsinə zəng edib, lakin daha sonra onunla əlaqə saxlamaq mümkün olmayıb”.

Qeyd edək ki, meyiti tapılan qadın Cəlilabad rayonu, Muğan kənd sakini 2002-ci il təvəllüdlü Könül Ramin qızı Ağayevadır. O, Cəlilabadda kollecdə təhsil alırmış. K.Ağayeva bu ilin martın 2-dən itkin düşüb.

Daha ətraflı video-materialda:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
301
27
savash.org

10Mənbələr