AZ

Bayden və Tramp üz-üzə görüşəcəklər: Tarix açıqlandı

ABŞ Prezidenti Co Bayden və onun rəqibi, keçmiş prezident Donald Tramp 27 iyun və 10 sentyabrda televiziya debatlarında üz-üzə gəlmək barədə razılığa gəliblər və bu da onların Ağ Ev uğrunda yarışda “stavka”larını kəskin şəkildə artırıb.

Bayden və Tramp arasında ilk prezidentlik debatının tarixi rəsmi şəkildə açıqlanıb.

Debat CNN telekanalı tərəfindən keçiriləcək.  

“Dediyiniz kimi, harada istəsəniz, istənilən vaxt və istənilən yerdə”, - deyə Bayden sosial media hesabında yazıb.

Bayden və Tramp Corciya ştatının Atlanta şəhərində görüşəcəklər. Debat iyunun 27-də Vaşinqton vaxtı ilə saat 21:00-da (Bakı vaxtı ilə 05:00) canlı yayımlanacaq.

Mənbə: Qolosameriki.com


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
184
6
news365.az

7Mənbələr