AZ

Latviya ilə Rusiya arasında yeni casus qalmaqalı baş verib.

Latviya ilə Rusiya arasında yeni casus qalmaqalı baş verib. Bununla bağlı “Delfi” portalının yaydığı məlumata görə, Latviyanın xüsusi xidmət orqanları gizli məlumatlar toplayaraq Rusiyaya göndərməkdə şübhəli bilinən iki nəfəri həbs edib. Onlardan biri, taksi sürücüsü işləyən Sergey Sidorov əvvəllər də casusluqda şübhəli bilinərək həbs edilmişdi. Bununla belə o sonradan azadlığa buraxılmışdı.

Hazırda Latviya xüsusi xidmət orqanları tərəfindən hər iki casusun dindirilməsi davam edir. Məsələ ilə bağlı "Delfi" portalı yeni həbslərin ola biləcəyini istisna etməyib.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
oxumeni.az

1Mənbələr