AZ

BTİMM-də əcnəbi həkim xəstə qəbul edəcək


Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin sponsorluğu və İnteqrativ Təbabətdə Elmi AraşdırmalarMərkəzinintəşkilatçılığı ilə mayın 21-dəBadamdar Hotel Residences -də keçiriləcək seminarın məruzəçisi professor Arturo O”Birnedir. Seminar“ Xroniki xəstəliklərin müalicəsində biotənzimləyici sistemli təbabət” mövzusuna həsr olunub.

"Medicina" xəbər verir ki, Arturo O”BirneKolumbiyanın Javeraniya Universitetindəkiİnteqrativ Təbabət kafedrasının müdiri, tibb elmləri doktoru, beynəlxalq dərəcəli lektordur. Kolumbiyalı professor həm də seqmentar-metamer biopunktura üsulunun banisi, biotənzimləyici terapiya üzrə dünyanın tanınmış mütəxəssislərindəndir.


O`Birne bir neçə tibbi cəmiyyətin üzvü və Beynəlxalq Homotoksikologiya və Homeopatiya Cəmiyyətinin (ISOHH) eks-prezidentidir.


Dr. Arturonun Azərbaycana səfərinin məqsədi təkcə seminarla bağlı deyil.O, seminardan sonrakı günlərdə- mayın 22-dən 27-nə qədər Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində pasient qəbulu həyata keçirəcək.Mədə-bağırsaq traktı xəstəliklərindən,parkinson, dağınıq skleroz, padaqra, aterosklerozxəstəliyindən əziyyət çəkənlər İnteqrativ Müalicə Mərkəzində qeydiyyatdan keçə bilərlər.Qeyd edilən günlərdə allergik xəstəliklərlə yanaşırevmatoid artrit, qırmızı qurd eşənəyi, vaskulitproblemi olan xəstələr də xroniki və autoimmun xəstəliklərin müalicəsində uzun müddətli təcrübəyə malikprofessor O`Birneyə müraciət edə bilərlər.


Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi indiyə qədər xroniki və autoimmun xəstəliklər üzrə İtaliya, Almaniya, İsveçrə, Kolumbiya, Rusiya və s. ölkələrinməşhur mütəxəssislərinin Azərbaycandadəfələrlə xəstə qəbulunu təşkil edib. Bu səbəbdən deyəbilərik ki, İnteqrativ Müalicə Mərkəzi belə problemi olan insanların əlavə vəsait və vaxt sərf etmədən ölkəmizdə fərqli metodlarla müalicə almasına şərait yaratmaq kimixeyirxah bir missiyanındaşıyıcısıdır.

Ətraflı məlumat və qəbula yazılmaq üçün:

(050) 430 89 89;
Bakı şəhəri, Nəsimi rayonu, S.C.Pişəvəri küç. 110

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
medicina.az

1Mənbələr