Gəncədə avtomobil qaçıran şəxsin digər cinayət əməllərinin üstü də açılıb. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan 1news.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakininə məxsus "VAZ-21099” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Ə. Gülməmmədov saxlanılıb. Şöbə əməkdaşları tərəfindən şəxsin ətrafında aparılan istintaq hərəkətləri zamanı onun daha bir oğurluq cinayəti törətməsi müəyyən olunub. Faktlarla bağlı araşdırmalar davam etdirilir.