AZ

Düyünün qiyməti 15 ilin ən yüksək həddinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Düyü qiymətləri əlverişsiz hava şəraitinə görə 15 ilin ən yüksək həddinə çatmaqda davam edir.

Banco.az xəbər verir ki, düyü tədarükü aparıcı düyü tədarükçüsü Hindistanın ötən il tətbiq etdiyi geniş ixrac məhdudiyyətləri və El Nino qasırğasının səbəb olduğu quru havanın təsiri ilə çətinliklərlə üzləşmişdi.

İndi Braziliyanın cənubundakı dağıdıcı daşqınlar düyü ticarətində nəqliyyatın hərəkətini dayandırıb.

Asiya bazarında 5 faiz bahalaşan Tailand ağ düyüsünün qiyməti aprelin əvvəlindən 71 dollar artaraq bir tonu 649 dollara çatıb.

Xatırladaq ki, düyü Asiya və Afrikada milyardlarla insanın qidalanması üçün həyati əhəmiyyət kəsb edir və xərclərin yenidən artması inflyasiya təzyiqlərini artıra bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
banco.az

1Mənbələr