AZ

“Deputat:”Sağlam siyasi dialoq güclənməkdədir”

Siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlıq mühiti son illər daha da güclənib və bu əlaqələin daha da inkişaf etdirilməsi istiqamətində çoxsaylı səylər göstərilir. Bu, ölkəmizdə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühitinin təşviq olunduğunu təsdiq edir. Ötən gün Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə siyasi partiyalar arasında keçirilən görüş də ölkəmizdə formalaşmaqda olan yeni siyasi konfiqurasiyanın əsas elementlərindən biri siyasi partiyaların roluna olan münasibətin göstəricisi hesab edilə bilər.

 

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.

 

Millət vəkili qeyd edib ki, ölkəmizdə siyasi mühit daha da genişlənib, müxtəlif siyasi partiya və ictimai təşkilatların ölkəmizin siyasi həyatında rolu artır. Son illərdə iqtidar-müxalifət dialoqu da qarşılıqlı siyasi dialoq əsasənda inkişaf edir. Eyni zamanda, Azərbaycanın beynəlxaql təşkilatlara əlaqələrinin dərinləşməsi, ən qabaqcıl demokratik təsisatların mükəmməl siyasi-ictimai meyarlarının ölkəmizdə tətbiqi dayanmadan genişlənir. Bütün bu siyasi tendensiyalar siyasi partiyalarla iqtidar qurumları arasında görüşün ahəngdarlığını da artırır, sağlam əməkdaşlığın, milli həmrəyliyin sabitliyin və dayanıqlı inkişafına xidmət edir.

A.Hüseynov bildirib ki, bu cür görüşlərin təşkili ölkəmizdə çoxpartiyalı sistemin yaradılmasına, partiyaların ölkənin ictimai-siyasi həyatında rolunun artırılmasına və Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına səbəb olacaq, ölkəmizin beynəlxaql səviyyədə demokartik imicini daha da artıracaq.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
175
2
xalq.az

3Mənbələr