AZ

“Abşerona bahar gəlir” adlı yaradıcılıq gecəsi keçirildi

Bakıdakı Rus evində mayın 16-da “Abşerona bahar gəlir” adlı ədəbi-musiqili gecə keçirilib.

Kulis.az xəbər verir ki, gecənin proqramında ədəbi və musiqili nömrələr – klassik və populyar musiqi əsərləri, romanslar, şeirlər və hekayələr təqdim olunub.

Tədbirdə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının artistləri Firuz Məmmədov və Əliməmməd Novruzov, Azərbaycanın Əməkdar artisti İnarə Babayeva, Azərbaycanın Əməkdar artisti Zülfiyyə Sadıxova, pianoçu Cəvahir Zərbəliyeva, bard Georgi Çernoqorov, Bakıdakı Rus evində mədəni proqramların kuratoru Vəfa Məmmədova, tanqo ifaçısı Aleksey Ampilov, yazıçı və dramaturq Anara Axundova iştirak ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
1
kulis.az

2Mənbələr