AZ

19 kursantımız Türkiyədə səkkiz aylıq kursu tamamlayıb

Azərbaycan Silahlı Qüvvələrinin 19 kursantı Ankarada Jandarm Logistika Akademiyası Komandanlığının kurslarını müvəffəqiyyətlə tamamlayaraq diplomlarını alıblar. Bu barədə SİA-ya Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.Bildirilib ki, Ankarada Jandarm Logistika Akademiyası Komandanlığında Təməl Kurslar Diplom Mərasimi təşkil olunub:"Türkiyənin daxili işlər nazirinin müavini Məhmət Aktaş və Jandarm Qüvvələri komandanı Ordu generalı Arif Çətinin də iştirak etdiyi tədbirdə Azərbaycan Silahlı Qüvvələrindən 19 nəfər də 8 aylıq kursları müvəffəqiyyətlə tamamlayaraq diplomlarını alıblar.Həmin kursantların diplomlarını Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov təqdim edib.Səfir məzun olan kursantları təbrik edərək onlara uğurlar diləyib".

Seçilən
208
10
sesqazeti.az

10Mənbələr