AZ

“Yaşıl dünya naminə həmrəylik” adlı tədbir təşkil olundu

Abdulla Şaiqin mənzil-muzeyi Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyi ilə birgə “Yaşıl dünya naminə həmrəylik” adlı tədbir təşkil edib.

Kulis.az xəbər verir ki, tədbirdə bəşəriyyəti narahat edən iqlim dəyişiklikləri, onların ətraf mühitə mənfi təsiri, təbiətə qayğının vacibliyi haqqında müzakirələr aparılıb.

Muzeyin direktoru Ülkər Talıbzadə, Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin (NRFTDA) Nüvə və radioloji təhlükəsizliyin ekspert qiymətləndirilməsi və maarifləndirmə şöbəsinin müdiri Mətanət Qəhrəmanova və başqaları qlobal problemlər, təbiətin qorunması, yaşıllıqların bərpası ilə bağlı öz fikirlərini bölüşüblər.

Tədbirin bədii hissəsində məktəblilər A.Şaiqin və digər ədiblərin təbiətə, ətraf mühitə həsr etdiyi müxtəlif bədii nümunələrilə çıxış ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
1
kulis.az

2Mənbələr