AZ

AFFA prezidenti xarici həmkarları ilə görüşüb

Bu gün Tailandın paytaxtı Banqkokda FIFA-nın 74-cü Konqresi keçirilib.

AFFA-nın prezidenti Rövşən Nəcəf tədbir çərçivəsində bir sıra görüşlər keçirib.

O, Türkiyə, ABŞ, Fransa, Gürcüstan, Belarus, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Çexiya, Şotlandiya, Uels və Şimali İrlandiya futbol federasiyalarının rəhbərliyi ilə görüşüb. Görüşlər zamanı müxtəlif mövzularda fikir mübadiləsi aparılıb, gələcəkdə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Qeyd edək ki, FİFA-nın Konqresində Nəcəf və AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev iştirak edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
149
18
cbcsport.az

10Mənbələr