AZ

Zirəddin Rzayev yazır- Lənət şərab!

Lənət şərab!

 

Məşhur klinik psixoloq və ezoterik Zirəddin Rzayev Telegram kanalında illər sonra Titanik gəmisindən çıxarılan spirtli içkilərlə bağlı maraqlı fikirlərini bölüşüb.

Ezoterikin fikrincə, şərab lənətlidir:

“Mən əminəm ki, bu şərab lənətlidir. Onu içənlər də o cümlədən”…

Sonra ezoterik iddia edir ki, şərab hadisələri yaddaşında qeyd edir. Bu, öz növbəsində, həm çox faydalı, həm də təhlükəli ola bilər:

“Şərab məlumat əldə etməyin ən sürətli yoludur. Titanikdə əziyyət çəkən insanların yaşadığı bütün hisslər də bu şərabın yaddaşına yazılıb. Quduz adamların çirkli və böyük pulla aldqları bu şərablar onlara xoşbəxtlik gətirməyəcək”.

Xatırladaq ki, titanik gəmisindən illər sonra su altından çıxarılan şərablar kütləvi informasiya vasitələrində dünya miqyasında gündəm olmuşdur. Əldə edilən şərab qənimətləri çox böyük məbləğdə auksiona çıxarılmışdır.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
171
6
xalq.az

2Mənbələr