AZ

BƏZİ QHT TƏMSİLÇİLƏRİ BU SEKTORA QARŞI İNAMSIZLIQ YARADIR- VƏKİLDƏN NARAHATLIQ

Vəkil Araz Nurməmmədov və ekspert Xalid Kazımov bölgələrdə olaraq vətəndaşlara pulsuz hüquqi yardım göstərməkdə davam edirlər... Dünən 16 may 2024-cü il tarixində Ağcabədi rayon Gənclər Mərkəzində vətən müharibəsi iştirakçıları ilə görüş keçirilmişdir. 14 nəfər vətən müharibəsi iştirakçısının problemi dinlənilmiş, müvafiq dövlət orqanlarına ərizə və şikayətlərin hazırlanması üçün sənədlərin surətləri təhvil alınmışdır. Vəkil Araz Nurməmmədov "Təzadlar"a deyib: "Missiyamız humanitar məqsədlidir, vətəndaşlara təmənnasız xidmət niyyətlidir... Bu çətin missiyanı öz üzərinə götürdüyü üçün Xalid Kazımova minnətdarlığımızı bildirirəm...".
A.Nurməmmədov daha sonra əlavı edib: "Təəssüflər olsun ki, vətən müharibəsi iştirakçıları ilə görüşlər təşkil edən bəzi QHT təmsilçiləri benefisiarlarla sadəcə görüş keçirməklə işini bitmiş saydığı və nəticədə QHT sektoruna inam azaldığı üçün Ağcabədi rayonunda vətən müharibəsi iştirakçılarının az bir qismi ilə görüş keçirə bilmişik... QHT sektoruna qarşı inamsızlığı yaradanlar bunu mütləq nəzərə almalıdırlar... Təəssüflər olsun, reallıq belədir...".
A.Məmmədli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
tezadlar.az

1Mənbələr