AZ

Gənc Tamaşaçılar Teatrının yaradıcı heyətiPrezidentə təşəkkür etdi

Ötən gün Nazirlər Kabineti tərəfindən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusu verilib.

Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti, aktyor truppası bu xəbəri böyük sevinclə qarşılayaraq sosial şəbəkələrdə öz ürək sözlərini, fikirlərini bölüşüblər.

Yasin

Xalq artisti Yasin Qarayev:

"Cənab İlham Əliyevin 2003-çü ildə Prezident seçildiyi vaxtdan,taa ğunu bu günə kimi imzaladığı bütün fərman və sərəncamları oxumuşam.Təkcə mədəniyyət və incəsənət sahəsində çalışan istedadlı insanların maddi və mənəvi rifahının yaxşılaşdırılmasına dair olan fərman və sərəncamların sayı demək olar ki, 500-ə çatıb. Bunlar mədəniyyət və incəsənət xadimlərinin, Azərbaycanda olan teatr və kino mərkəzlərinin, muzey və tarixi abidələrin bərpası və yenidən tikilməsinə dair olan fərman və sərəncamlar olub. Hər il mədəniyyət və incəsənət xadimlərinə fəxri adlar,mükafat və təqaüdlər verməsi, yaşayış mənzillərilə təmin etməsi,ölkə başçısınin "Mədəniyyət, ədəbiyyat, milli musiqi,ana dilimiz, tarixi keçmişimizdir"- dediyi sözlərin yazılı təsdiqidir,desəm yanılmaram. Azərbaycanın tərəqqisi və incəsənətimizin inkişafında Birinci Vitse-prezident və dünyanın Birinci xanımı sayılan Mehriban xanım Əliyevanın da əməyi çox böyükdür. Budur, bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar və Gəncə Dövlət teatlarınin "milli" statusa layiq görulməsinə görə çoxsaylı teatr xadimləri, ölkəmizin ehtibarlı qarantları olan Cənab İlham Əliyev və Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirib, eşq olsun, deyirlər!"

Naibə

Xalq artisti Naibə Allahverdiyeva:

"Cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin sərəncamı əsasında Gənc Tamaşaçılar teatrına Milli status verildi. Cənab Prezidentimizə Vitse-Prezidentimiz Mehriban Xanım Əliyevaya öz təşəkkürmüzü bildiririk..."

Şövqi

Əməkdar artist Şövqi Hüseynov:

"Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına, doğma teatrıma Milli statusu verildi. Bu gözəl, xoş xəbər məni və həmkarlarımı çox sevindirir, böyük məsuliyyət və cavabdehlik hissi yaradır. Bu sərəncama görə Cənab Prezidentə, Müzəffər Ali Baş Komandanımıza dərin təşəkkürümü bildirirəm".

Əməkdar

Əməkdar artist Nicat Kazımov:

"Torpaqlarımızı düşmən işğalından azad edib, xaraba qalmış ərazilərimizi gülüstana çevirib xalqımıza sevinc bəxş edən Ali Baş Komandanımız, Azərbaycan respublikasının Prezidenti İlham Əliyev bu gün Azərbaycan Dövlət Gənc tamaşaçılar Teatrına ali status olan Milli Teatr statusunu verməklə kollektivimizə yeni bir sevinc yaşatdı. Etimadınızı doğrultmaq üçün əlimizdən gələni edəcəyik. Azərbaycan mədəniyyətini zirvələrə daşımaq üçün var gücümüzlə çalışacağıq. Var olun Müzəffər Ali Baş Komandan!"

Elnur

Əməkdar artist Elnur Kərimov:

"Ölkə başçısı cənab İlham Iliyev ve 1-ci vitse prezident Mehriban xanımın hər zaman Mədəniyyət sahəsinə gostərdiyi diqqət ve qayğı danılmazdir.
09-05-2024-cü ildə Gənc ve istedadlı sənət insanlarının maddi rifahının yüksəlməsi naminə "Prezident Mükafatının" verilməsi ilə bağlı imzaladığı sərəncam bu yaradıcılıq ocağına yeni nəfəs, yeni ruh, gənclərə yeni inam ve özgüvən gətirdi.
16-05-2024 cü il isə Teatrımızın Tarixinə silinməz ve sərəfli bir hadisə kimi yazıldı.
Cənab Prezident İlham Əliyev ve 1-ci vitse prezident Mehriban xanım Siz bizə yenidən yeni yaradıcılıq enerjisi ve dəyər verdiniz. Hər zaman etimadınızı doğrultmağa və Azərbaycan Teatr sənətinin yasaması və inkişafına xidmət edəcəyimizə söz veririk".

Rasim

Əməkdar artist İlham Əsədov:

"Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi kimi bu gün çox tarixi günə qədəm qoyduq .Teatrimız bu gündən etibarən Cənab Prezidentimizin Sərəncamı ilə Milli status qazandı .Bu sərəncama görə Möhtərəm Ali Baş Komandana təşəkür edirik.Bu xəbər bizim yaradıcılığımızda yeni mərhələnin başlanması üçün böyük stimul olacaq .Tanrı sizi qorusun Cənab Prezident İlham Əliyev və Vitse -prezident Mehriban xanım Əliyeva".

Şəkilin

Əməkdar artist Nofəl Vəliyev:

"Çox, həm də çox xoşbəxtəm. Bu gün teatrımıza "Milli"teatr statusu verilib. Bu möhtəşəm etimada görə ölkə Prezidentimiz cənab İlham Əliyevə dərin və sonsuz minnətdarlıq bildiririk. Çox sağ olun, möhtərəm ölkə başçımız. Azərbaycan mədəniyyətinin müzəffər keşikçisi və hamisi Mehriban xanım Əliyeva, göstərdiyiniz qayğı üçün təşəkkür edirik.
Azərbaycan Teatrına xidmət edirik".

Əməkdar

Əməkdar artist Elnur Hüseynov:

Bu gün 96 yaşlı Gənc Tamaşaçılar teatrı üçün qürurverici gündür.
Teatrımıza ''Milli''statusu verildi.
Bizi bu ada layiq görən CƏNAB PREZİDENT İLHAM ƏLİYEVƏ dərin təşəkkürümü bildirirəm.
Hər zaman teatr xadimlərinə,teatrların inkişafına diqqət və qayğı göstərən cənab prezidentin bu sərəncamıda,teatr camiəsində
böyük sevincə səbəb oldu.
Ümumən mədəniyyətimizin inkişafına,qorunmasına və təbliginə misilsiz dəstəyinə görə,
H.Əliyev Fondunun prezidenti,
birinci vitse prezident Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm.
Milli Gənc Tamaşaçılar teatrı sizinlə qürur duyur cənab prezident İlham Əliyev və
hörmətli birinci vitse prezident Mehriban xanım Əliyeva!

Leyli

Əməkdar artist Leyli Vəliyeva:

"Azərbaycan Dövlət Gənc TamaşaçılarTeatrına"Milli Teatr" statusu verilib. Bəxş etdiyi bu böyük sevincə görə ölkə Prezidentimiz cənab İlham Əliyevə hədsiz şükranlarımızıvə təşəkkürümüzü bildiririk.Çox hörmətli Mehriban xanım Əliyeva qayğınız üçün sonsuz minnətdarlığımızı qəbul edin".

Oxu.az

Aktyor Rəşad Səfərov:

"Bu gün aktyor həyatımın ən şərəfli, ən gözəl və tarixi günlərindən birini yaşayıram. Möhtərəm Prezidentimizin Sərəncamına əsasən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına Milli statusu verildi. Ali Baş Komandana teatrımızın kollektivi adından ürəkdən, səmimi qəlbdən təşəkkür edirik. Tanrı sizi qorusun!"

Azərbaycanın

Aktyor Elşən Hacıbabayev:

"Azərbaycan Dövlət Milli Gənc tamaşaçılar teatrı bəli bu gündən belə adlanacaq. Təşəkkür edirəm bu işdə əməyi olan hər kəsə Xüsusi ilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarına və Azərbaycan Respublikasının Vitse-prezidenti Mehriban xanım Əliyevaya. Teatrımızın tarixinə qızıl hərflərlə yazılan bu status teatrımızın geçmiş tarixi və bu günkü inkişafı üçün böyük bir stimuldur. Bu tarixi yaşadığım uçun qürur duyuram. Yaşasın Azərbaycan Yaşasın Azərbaycan mədəniyyəti. Yaşasın teatr".

Aktrisa

Aktrisa Aygün Fətullayeva:

"Etimadınız... Sevginiz.. Əməyimizə olan sayğınız, yaşatdıgınız sevinc payı üçün minnətdarıq Cənab Prezident!
Bu gün Gənc Tamaşaçılar Teatrına sonsuz sevdayla xidmət edən, səhnədə can qoyan, basını uca edən, alqiış alan, tamaşaçı qazandıran hər kəsin bayramıdır! 96 illik ömür yolunda əvəzsiz xidmətləri olan böyük insanlar addımlayıb o səhnədə... Həmin insanların ruhu şaddi... Bu gün o addımların səsi davam edir... Və edəcək... Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrına xidmət edən hər kəsə Allahdan yalnız güc və eşq arzu edirəm!
Adımız yolumuz isıqlı və aydın olsun!
Sonsuz şükranlıq hissi ilə..."

Könül

Aktrisa Könül Əbilova:

"Bu sevincli günü bizə yaşatdığına görə Azərbaycan respublikasının prezidenti Cənab İlham Əəliyevə və Birinci Vitse prezident Mehriban Əliyevaya təşəbbüsü, diqqət və qayğısı üçün təşəkkür edirəm. Yaşasın sənət!"

Asya

Aktrisa Asya Atakişiyeva:

"Çox gözəl gün oldu.. sevinc göz yaşlarımı saxlaya bilmədim. Bu sevinci bizə yaşatdığı üçün, diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə və vitçe prezident Mehriban xanım Əliyevə təşəkkür edirik…"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
2
kulis.az

3Mənbələr