AZ

“Chevron” Böyük Britaniyada neft və qaz aktivlərini satır

Müəllif:Ayşən İmanova/Banco.az

Amerikanın enerji nəhəngi “Chevron” 55 illik fəaliyyətindən sonra Şimal dənizindəki layihələrdən çıxmağa hazırlaşır.

Banco.az xəbər verir ki, ABŞ-ın ən böyük inteqrasiya olunmuş enerji şirkəti “Chevron” Böyük Britaniyanın Şimal dənizində qalan neft və qaz aktivlərini vergi güzəştləri istisna olmaqla 1 milyard dollara satmaq niyyətindədir. Agentliyin sənaye həmsöhbətləri satışın iyunda başlayacağını gözləyirlər.

Məlumata görə, planlaşdırılan satış “Chevron”un rəqibi “Hess”i 53 milyard dollara almağa hazırlaşdığı bir vaxta təsadüf edir. Bildirilir ki, bu, dünya üzrə 10 milyard dollardan 15 milyard dollara qədər olan aktivlərin satışını da əhatə edəcək.

Qeyd edək ki, Böyük Britaniyanın neft və qaz hasilatı 1990-cı illərin sonunda gündə təxminən 4,5 milyon barel olan zirvədən 2023-cü ildə təxminən 1,2 milyon barrelə düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
banco.az

1Mənbələr