AZ

Ekoloji cəhətdən təmiz modaya dəstək müsabiqəsi keçirilib

“Azerbaijan Fashion Week” (AFW) 16-cı yaz-yay mövsümü çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzinin dəstəyi ilə “Up-Cycle Jeans” müsabiqəsi keçirilib.

Kulis.az xəbər verir ki, əsas məqsədi ekoloji təmiz modanın inkişafına dəstək olmaqdan ibarət olan tədbir Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun nəzdindəki “Tullantılardan sənətə” muzeyində baş tutub.

Müsabiqənin şərtlərinə əsasən, 16 gənc dizayner “Up-Cycle Jeans” finalına vəsiqə qazanaraq təkrar emal olunmuş cins şalvar, plastik, metal və digər materiallardan hazırlanmış məhsulları münsiflər heyətinə təqdim edib. Hər bir iştirakçı tərəfindən kişi və qadın geyim modelləri təqdim edilib.

Qeyd edək ki, 16-cı mövsüm çərçivəsində yerli və xarici dizaynerlərin işləri bu gün "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda müxtəlif ölkələrin milli dəb motivləri dizaynerlərin müasir interpretasiyasında nümayiş etdiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
kulis.az

1Mənbələr