Avropa Komissiyası 1 milyard avro dəyərində 54 müdafiə layihəsini maliyyələşdirəcək.
Modern.az "Deutsche Welle"yə istinadən xəbər verir ki, seçim Avropa Müdafiə Fondu çərçivəsində 2023-cü il üçün müdafiə sahəsində tədqiqat və təkmilləşdirmə layihələri üçün müraciətlərin qəbulunun nəticələrinə əsasən aparılıb.
AK yeni inkişafın bir neçə istiqamətini sadalayıb: kosmosa çıxışı təmin etmək üçün situasiya məlumatlılığının təkmilləşdirilməsi, gələcək əsas döyüş tankı üçün texnologiyalar, böyük ölçülü yüklərin strateji hava daşımaları və əks-dron texnologiyaları.
Avropa Müdafiə Fondu 2021-ci ildə Avropa Parlamenti tərəfindən təsdiq edilib. Fond 2027-ci ilə qədər olan dövr üçün təxminən 7,95 milyard avro əldə edib. Bunun 2,65 milyardının tədqiqatlara, 5,3 milyard avronun isə konkret işlərə ayrılması gözlənilir.