AZ

MDM və BDU arasında Anlaşma Memorandumu imzalanıb

16 may 2024-cü il tarixində Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) və Bakı Dövlət Universiteti (BDU) arasında BDU-nun 105 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Memoranduma əsasən, tərəflər elm, təhsil və əmək bazarı-universitet-biznes işbirliyi sahələrində tədbirlər həyata keçirəcəklər. Əməkdaşlıq çərçivəsində kapital bazarı üzrə BDU kontingentinin təhsil keyfiyyətinin yüksəldilməsi, məzunların məşğulluğu və əmək bazarına inteqrasiyası, tələbə-gənclərin əmək bazarında rəqabətə davamlılığının artırılması məqsədi ilə bütün səylərin birləşdirilməsi, idarəetmə, maliyyə və qiymətli kağızlarla bağlı aktual məsələlərə dair birgə konfrans, seminar, təlim, dəyirmi masa və layihələrin həyata keçirilməsi nəzərdə tutulur.  BDU tərəfindən irəli sürülən layihələrə birgə dəstəyin verilməsi, könüllü təcrübə proqramlarının, müsabiqələrin təşkil edilməsi, kapital bazarı üzrə fəaliyyət göstərə biləcək mütəxəssislərin yetişdirilməsi, MDM əməkdaşlarının tədris fəaliyyətinə və BDU tərəfindən təşkil edilən ixtisasartırma proqramlarına cəlb edilməsi də Memorandumda əksini tapıb.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
8
banco.az

9Mənbələr