AZ

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.


Missiya.Az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:


1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;


2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;


3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;


4. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;


5. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Akademik Həsən Əliyev küçəsi istiqamətində;


6. Neftçilər prospekti, "Azneft" dairəsi istiqamətində;


7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;


8. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;


9. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;


10. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;


11. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;


12. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;


13. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Seçilən
252
49
missiya.az

10Mənbələr