AZ

Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib

Moldova parlamenti ölkənin Avropa İttifaqına (Aİ) qoşulması haqqında konstitusiya referendumunu oktyabrın 20-nə təyin edib.

Ednews xəbər verir ki, bu qərarı hakim Fəaliyyət və Həmrəylik Partiyasından (FHP) olan deputatlar qanunverici orqanın mətbuat xidmətinin feysbuk səhifəsində yayımladığı iclasda qəbul ediblər.

“Konstitusiya üzrə respublika referendumu 2024-cü il oktyabrın 20-nə təyin edilsin”, – qərarda qeyd olunub.

Ölkə vətəndaşlarına bir sual veriləcək: “Siz Moldova Respublikasının Avropa İttifaqına daxil olmasının lehinəsinizmi?”. Əsas qanunun preambulasına “Moldova Respublikası xalqının avropalı kimliyinin tanınması, Avropa İttifaqına inteqrasiyanın Moldova Respublikasının strateji məqsədi kimi elan edilməsi” sözləri ilə əlavə edilməsi təklif edilir. Həmçinin konstitusiyaya “Aİ qaydalarının daxili qanunların ziddiyyətli müddəaları qarşısında üstünlüyünü” tətbiq edən edən bənd əlavə olunacaq. Qərarda qeyd olunub ki, Aİ-nin təsis müqavilələrinə qoşulma parlamentin orqanik qanunu ilə gerçəkləşdiriləcək.

Xatırladaq ki, 2023-cü ilin sonunda Moldova Prezidenti Maya Sandu ikinci müddətə namizəd olmaq niyyətini açıqlayıb və vətəndaşların ölkənin Aİ-yə qoşulması haqqında rəyini bildirə bilməsi üçün referendum təşkil etməyi irəli sürüb. FHP-nin nəzarətində olan parlament seçki məcəlləsinə parlament və prezident seçkiləri günü respublika referendumunun keçirilməsinə icazə verən dəyişiklikləri təsdiqləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
6
ednews.net

10Mənbələr