AZ

Kanadada meşə yanğınları - 6 600 nəfər təxliyə edilir

Kanadanın Qərbi Kanada bölgəsində baş verən meşə yanğınları səbəbindən 6 600 nəfərin təxliyyə qərarı verilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Kanadanın Qərbi Kanada bölgəsi cümə günü başlayan meşə yanğınları ilə mübarizə aparır.

Qərbi Kanada bölgəsindəki Alberta əyalətində yayılan meşə yanğınları səbəbilə 6 600 nəfərin təxliyyə qərarı verilib. Wood Buffalo Regional Bələdiyyəsi tərəfindən "yerli fövqəladə vəziyyət" elan edildikdən sonra evakuasiya əmri verilib. Alberta ştatının Wood Buffalo bölgəsindəki Fort-MakMürrey şəhərinin müxtəlif məhəllələrində təxliyələr artıq həyata keçirilib.

Bildirilib ki, sürətlə yayılan meşə yanğınları səbəbindən yerli və magistral yollar avtomobillərlə dolu olub. Alberta ştatında yanğının 209 kvadrat kilometrlik ərazidə davam etdiyi vurğulanıb.

Rəsmilər ölkə üzrə 134 aktiv yanğının olduğunu açıqlayıb və 43 yanğının nəzarətdən çıxdığını qeyd ediblər.

Malik Atilay 






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
1
525.az

4Mənbələr