AZ

NATO Baş Qərargah Rəisləri bir araya gəlib

NATO Baş Qərargah Rəisləri Ukraynaya dəstəyin sürətləndirilməsi gündəmi ilə Brüsseldəki qərargahda bir araya gəlib.

525.az xəbər verir ki, NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauerin sədrliyi ilə keçirilən iclasda 32 üzv ölkənin qərargah rəisləri və NATO-nun baş katibi Yens Stoltenberq iştirak edib.

Açılış nitqi ilə çıxış edən Bauer Baş katibi tərifləyərək, səlahiyyət müddəti oktyabrın 1-də başa çatan Stoltenberqin son dəfə dəyirmi masa ətrafında baş qərargah rəisləri ilə görüşdüyünü bildirib.

Bauer daha sonra Ukraynadan olan həmkarlarının onlayn iştirakı ilə meydandakı vəziyyətlə bağlı məlumat alacaqlarını bildirib.



Məhəmməd Tağıyev






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
1
525.az

3Mənbələr