AZ

Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ

Magik realizm janrının nəhənglərindən olan Meksika yazıçısı Xuan Rulfonun doğum günüdür.

Ednews bu münasibətlə onun "ədəbiyyat tarixinin ən kədərli mətnlərindən biri" adlandırılan "Mənim atam" adlı hekayəsini təqdim edir.

Mə­nim atam yax­şı ki­şiy­di. O ya­şa­yan­da bu dün­ya­da yax­şı heç nə yo­xuy­du. Sa­bah ney­lə­yə­cə­yi­ni heç kəs bil­mir­di, çün­ki sa­ba­ha etibar qal­ma­mış­dı, bu gün­sə hə­lə qur­tar­ma­mış­dı. Ha­va da ki, pisiy­di göz-gö­zü gör­mür, heç nə an­la­şıl­mır: gün çı­xıb­mı, kü­lək har­dan əsir – qu­zey­dən­mi, gü­ney­dən­mi.

Dün­ya­da yax­şı heç nə yo­xuy­du. Atam­sa yax­şı ki­şiy­di, hə­ya­ta da ina­nır­dı.

Onu işıq­la­şan­da öl­dür­dü­lər, an­caq o öl­dü­yü­nü, həm də nə­dən öt­rü, nə­yin üs­tün­də öl­dü­yü­nü ye­nə də ba­şa düş­mə­di. Onu öl­dür­dü­lər, hə­yat on­dan öt­rü bit­di. Baş­qa­la­rı üçün­sə o hə­lə də ya­şa­yır­dı və dün­ya ya­vaş-ya­vaş din­cəl­mə­yə, də­yiş­mə­yə baş­la­mış­dı, hət­ta ya­ğış dam­cı­la­rı da se­çi­lir­di; adam­lar ya­ğı­şa bax­dıq­ca ümid­lə­ri ye­ri­nə qa­yı­dır­dı.

Mə­nim atam qa­tı qa­ran­lıq­da, dan işı­ğın­dan xə­bər­siz ke­çin­di. Onu də­də-ba­ba qay­da­sıy­la kə­fən­lə­di­lər və elə dəfn elə­di­lər ki, elə bil bu da adi adam­lar­dan bi­riy­di. Bi­zə de­di­lər: "Si­zin ata­nız ölüb, özü də işıq­la­şa­na ya­xın, ilan vu­ra­nın da yat­dı­ğı, uşaq­la­rın do­ğul­du­ğu, ölü­mə məh­kum olun­muş­la­rın gül­lə­lən­di­yi vaxt ölüb. Ge­cə­nin bu üz­gün vax­tın­da adam­lar ya­rı­yu­xu­lu olur­lar, boş-boş yu­xu­lar gö­rür­lər, an­caq be­lə yu­xu­la­ra da eh­ti­yac var".

– Si­zin ata­nız ölüb.

Yu­xu­da gör­düm ki, bir ma­ral ba­la­sı­nı qu­ca­ğı­ma al­mı­şam. Yu­xu­lu, qa­nad­sız quş ki­mi yup­yum­ru, ba­la­ca, ya­tan ada­mın ürə­yi ki­mi sa­kit, is­ti.

– Onun öm­rü qı­rıl­dı.

Ge­cə­nin ən tut­qun, ən bu­la­nıq, ən qa­tı vax­tıy­dı, sə­hə­rə az qa­lır­dı. Hər şey uzaq­lar­day­dı. Ba­şa dü­şür­düm ki, ağ­la­ma­lı­yam, heç ol­ma­sa bir­cə dam­la göz ya­şı çı­xar­maq üçün ürə­yi­mi sı­xır­dım. Hön­kür­mə­yə ça­lı­şır­dım. Qəl­bi­mi ağ­rıt­maq üçün di­dir­dim, ya­rı­yu­xu­lu ürə­yi­mi çə­kic ki­mi ağır dər­din al­tı­na qo­yub əzir­dim. Yal­nız bir şey is­tə­yir­dim – ağ­la­maq. İs­tə­yir­dim dər­di­min di­li açıl­sın.

– Ma­ral ba­la­sı ölüb. Sə­nin qu­ca­ğın­da­kı hey­va­nın ölü­sü­dü.

Qo­yun bu yu­xu­nu gö­rüm qur­ta­rım. Qa­lan şey­lər ha­mı­sı ya­lan­dı! Hə­lə ki, mən yat­mı­şam, heç kəs ölə bil­məz.

– Sa­at üç­dü ar­tıq, ata­nın me­yi­ti­ni gə­tir­mi­şik. Onu bu ge­cə öl­dü­rüb­lər.

– Sən kim­dən da­nı­şır­san? Mə­nim atam­dan? O ölə bil­məz. Heç kəs ona pis­lik elə­yə bil­məz. Yox­sa yer üzün­də qi­ya­mət qo­par, dün­ya məhv olar. Adam­la­rın əl­lə­ri qu­ru­yar, hə­yat in­san­lar üçün mə­na­sı­nı iti­rər. Mə­nim atam bi­zə hə­yat ve­rib, yal­nız onun sa­yə­sin­də işıq­lı­ğa göz aç­mı­şıq. O ölə bil­məz.

– Onu öl­dü­rüb­lər.

– Ha­çan? Sa­at ne­çə­də?

Mən heç qı­mıl­dan­ma­dım, an­caq dün­ya yə­qin nə­sə hiss elə­di.

– Ge­cə. Dur. Dur bax ona.

– Sən mə­ni al­da­dır­san.

– Dəfn bu gün­dü.

– Heç bir dəfn zad ol­ma­ya­caq. Mə­nim atam ölə bil­məz. O biz­dən çox ya­şa­ya­caq. O bi­zə bən­zə­məz, o, öm­rü bo­yu yox­sul­luq, eh­ti­yac nə­di, bil­mə­yib…

– De­mək, sən ona bax­maq is­tə­mir­sən? Qalx, hə­lə ki, onu se­vən­lər, ya ta­nış­la­rı gəl­mə­yib­lər, ya­xın­laş ata­na.

– Atam öl­mə­yib. Sən mə­nə nif­rət elə­yir­sən. Elə nif­rət elə­di­yi­nə gö­rə də mə­ni qəs­dən oyat­mı­san. Qoy bu yu­xu­nu gö­rüm qur­ta­rım.

– Yax­şı, sən de­yən ol­sun, an­caq ya­dın­da sax­la, onu gü­nor­ta­dan son­ra dəfn elə­yə­cək­lər.

– İşı­ğı sön­dür. İşı­ğı sön­dür, özün də çıx get. Əgər atam doğ­ru­dan da ölüb­sə, on­da ni­yə gü­lür­sən? Çıx get! Ma­ral ba­la­sı ya­tır. Oyat­ma onu. Mən bi­li­rəm sən kim­sən. Ge­cə­lər an­caq şey­tan də­cəl­lik elə­yib ya­tan­la­rı qor­xu­dur. Atam öl­mə­yib, sən, sa­də­cə, ya­lan da­nı­şır­san. Al­da­dır­san. Al­da­dır­san mə­ni, vəs­sa­lam! Rədd ol!

Göz yaş­la­rım qan ki­mi sel­lən­di. Uzaq­dan ana­mın ağı­sı­nı eşi­dən­də isə qa­nım su­ya dön­dü.

Tərcümə: Fəxri Uğurlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
1
ednews.net

2Mənbələr