AZ

Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni Prezident sarayında rəsmi mərasimlə qarşılayıb.

Ednews xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası rəsmi "X" hesabında paylaşım edib.

İrakli Kobaxidze və Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş başlayıb.

Görüşlər zamanı iki ölkə arasında ticarət, enerji və nəqliyyat sahələri başda olmaqla, qarşılıqlı münasibətlər müzakirə ediləcək. Regional və beynəlxalq əlaqələrin də gündəmdə olacağı görüşlərdə xüsusilə Cənubi Qafqazdakı son vəziyyət ətrafında fikir mübadilələrinin aparılması gözlənilir.

Sonra Türkiyə Prezidenti ilə Gürcüstanın Baş naziri mediaya birgə açıqlama verəcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
174
10
ednews.net

10Mənbələr