AZ

Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb

Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb.

Ednews-un məlumatına görə, rayonun Nəsimi kəndində yerləşən mağazadan 1300 manat nağd pul və əlavə olaraq danışıq kartlarının oğurlanması barədə polisə məlumat daxil olub.

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törədən 2 nəfər yeniyetmə müəyyən edilərək saxlanılıblar. Araşdırma zamanı onların Günəşli kəndi ərazisindəki digər bir mağazadan da nağd pul və tütün məmulatları oğurladıqları müəyyən edilib.

Araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
205
3
ednews.net

4Mənbələr