AZ

“Fitsonun vəziyyəti çox ağırdır” – Pelleqrini


Hücuma məruz qalan Slovakiyanın Baş naziri Robert Fitsonun vəziyyəti çox ağır olaraq qalır.
Yeniavaz.com
xəbər verir ki, bunu respublikanın Prezidenti Peter Pelleqrini Banska Bistritsa xəstəxanasında hökumət başçısını ziyarət etdikdən sonra jurnalistlərə bildirib.
“Baş nazir Robert Fitsonun vəziyyəti çox ağır olaraq qiymətləndirilir. O, ölüm ayağında idi. Onunla yalnız bir neçə dəqiqə danışmağa icazə verildi”, - Pelleqrini bildirib.
Qeyd edək ki, dünən Slovakiyada Nazirlər Kabinetinin iclasından sonra silahlı insident baş verib. İnsident nəticəsində ölkənin Baş naziri Robert Fitso yaralanıb. Cinayətkar Fitsoya Qandlova şəhərində hücum edib. Şahidlərin sözlərinə görə, baş nazir hökumətin iclasından sonra yerli sakinlərə yaxınlaşıb, ondan sonra bir neçə atəş səsi eşidilib. Polis hücumdan dərhal sonra şübhəli şəxsi saxlayıb. Yaralı baş nazir helikopterlə Bratislavadakı xəstəxanaya aparılıb.
Baş nazirin həyatına sui-qəsd cəhdinin Levitsa şəhərindən olan yazıçı Yuray Tsintula tərəfindən edildiyi bildirilir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
yeniavaz.com

1Mənbələr