AZ

Slovakiya prezidenti Fitsoya baş çəkib

Slovakiyanın sui-qəsdə məruz qalan baş naziri Robert Fitsonun vəziyyəti son dərəcə ağırdır.

APA-nın yerli mətbuata istinadən xəbərinə görə, bunu ölkənin yeni seçilmiş prezidenti Peter Pelleqrini deyib.

R. Fitsoya müalicə olunduğu xəstəxanada baş çəkdikdən sonra mətbuata açıqlama verən yeni dövlət başçısı onu bir neçə dəqiqə görə bildiyini də deyib:

“Baş nazir R. Fitso sadəcə bir neçə söz deyə bildi. O çox yorğun görünürdü” – deyə, P. Pelleqrini fikirlərini yekunlaşdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
151
10
apa.az

7Mənbələr