AZ

AFFA Premyer Liqa klubunun şikayətini təmin etməyib

AFFA

Bakı, 16 may, AZƏRTAC

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Turan Tovuz” klubunun şikayətini təmin etməyib.

AZƏRTAC milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXXIII turunun “Zirə” ilə matçında təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun diskvalifikasiya olunan “Turan Tovuz” futbolçusu Roderik Miller ilə bağlı qərar dəyişdirilməyib.

Bundan başqa, kluba tətbiq olunan 3000 manat cərimə qərarı da qüvvədə saxlanılıb.

Maraqlı tərəf Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət vermək hüququna malikdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
181
3
azertag.az

4Mənbələr