AZ

Bu ölkədə "Nurofen" qadağan edildi – BİZƏ TƏSİRİ NƏ OLACAQ? 

Rusiyanın Səhiyyə Nazirliyi sürücülər üçün istifadəsi qadağan edilmiş dərmanların yeni siyahısını yayıb. 

Avtosfer.az xəbər verir ki, yeni siyahıya 70-dən çox dərman vasitəsi salınıb. Maraqlıdır ki, siyahıda narkotik tərkibli dərmanlarla yanaşı reseptsiz satılan Nurofen, Antiqrippin, Spazmalqon, Suprastin, Ferveks, Korvalol və Teraflyu da yer alır. Nazirlik bu dərmanların diqqəti yayındırdığını iddia edir. 
Siyahı hələlik tövsiyə xarakteri daşıyır. Bu preparatlardan istifadəyə görə sürücülük hüququ məhdudlaşdırıla bilməz. Lakin yaxın vaxtlarda İnzibati Xətalar Məcəlləsinə dəyişiklik olacğı təqdirdə bu dərmanların istifadəsi qayda pozuntusu hesab olunacaq. 
Bu dərmanların ölkəmizdə də populyar olduğunu nəzərə alsaq, qərarın Rusiyaya yük daşıyan azərbaycanlı sürücülərə də təsiri olacağını indidək söyləmək mümkündür.

Vüqar Yaşaroğlu 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
avtosfer.az

1Mənbələr