AZ

Türkiyə kubokunun finalı harda keçiriləcək?

Türkiyə kubokunun final matçına evsahibliyi edəcək stadionun adına aydınlıq gəlib.

Xatırladaq ki, həlledici görüşdə “Trabzonspor”la “Beşiktaş” üz-üzə gələcək. “Trabzonspor” bu turniri tarixində 10-cu, “Beşiktaş” isə 11-ci dəfə qazanmağa çalışacaq. Ötən həftəsonu Türkiyə Futbol Federasiyasının rəsmiləri ilə hər iki klubun rəsmiləri arasında toplantı keçirildi. Orda həm finala evsahibliyi edəcək stadiona, həm də başqa məqamlara aydınlıq gəldi. Beləliklə, həlledici qarşılaşma mayın 23-də hər iki klubun istəyi ilə İstanbulda yerləşən “Atatürk Olimpiya” stadionunda keçiriləcək. Hər iki komandaya eyni sayda bilet veriləcək. Şərq və şimal tribunalar “Beşiktaş”, qərb və cənub tribunalar isə “Trabzonspor” fanatlarının ixtiyarına veriləcək. Xatırladaq ki, “Atatürk Olimpiya” indiyə qədər iki dəfə ÇL-in finalına evsahibliyi edib.

77563 azarkeş tutumuna malik bu arena ümumilikdə 5-ci dəfə ölkə kubokunun finalına evsahibliyi edəcək. Burda daha öncə 2004 (Trabzonspor), 2005 (Qalatasaray), 2020 (Trabzonspor) və 2022-ci (Sivasspor) illərdə finallar baş tutub. Federasiya prezidenti Mehmet Büyükekşi qeyd edib ki, final üçün xüsusi olaraq fanatlara 50 min Türkiyə bayrağı paylanılacaq. Superliqada tətbiq olunan yarım avtomatik ofsayd sistemi kubokda istifadə olunmasa da, finalda tətbiq ediləcək. Bundan başqa, finalın VAR hakimi əcnəbi olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
7
football-plus.az

7Mənbələr