AZ

Erməni kilsəsi Azərbaycan-Ermənistan normallaşmasına qarşı çıxır

Erməni

Azərbaycan və Ermənistan arasında sərhədin demarkasiyası və delimitasiyası ilə bağlı əldə olunan prtokol razılaşması İrəvanda Erməni Apostol Kilsəsini və ənənəvi müxalifəti ciddi şəkildə narahat etməyə başlayıb.

Reyting.az
xəbər verir ki, sərhəd razılaşmasından dərhal sonra Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyan videomüraciət yayıb və hamını bu gün görüşə dəvət edib.

Erməni keşiş “pərdə arxasında” sifarişini yerinə terirdiyi Qriqoryan kilsəsinin və keçmiş hakimiyyət rəhbərlərinin ağlı ilə iki ölkə arasında sərhədin bir hissəsində olan razılaşmanı erməni xalqının fəlakəti kimi təqdim etməyə çalışıb.

B. Qalstanyan deyib ki, bu razılaşmalar Ermənistanın, onun xalqının, canının və vətəndaşlarının hesabına baş verir: “Hüquq və qanunvericilik sahəsində çoxsaylı mütəxəssislərin verdiyi əsaslandırmalar, qeydə alınmış faktlar, mənəvi əsaslar və eyni zamanda, vətəndaşlar tərəfindən geniş yayılmış narazılıqlar hakimiyyətə təsir göstərməyib. Bu, bir daha sübut edir ki, onlar (Paşinyan hökuməti) Konstitusiyanın, qanunların, şəxsiyyətin, əxlaqın və məntiqin bütün normalarına zidd hərəkət edirlər. Bu mənada nəticələrə qarşı deyil, səbəbləri aradan qaldırmaq zərurəti yaranıb. Və yalnız bir səbəb var, o da İrəvandadır. İndi bu hakimiyyətin bütün qanunsuzluqları ilə uzaqlaşdırılması və ölkəmizdə yeni həyatın qurulması təcili və məcburi xarakter alıb. İstənilən nəticəni əldə etmək üçün biz gərgin işi öz üzərimizə götürməli vəkonkret addımlar atmalıyıq. Bu nəticə heç kimə aid deyil. Bu, yalanla həqiqətin mübarizəsidir və həqiqət qalib gəlməlidir”.

Çıxışının sonunda keşiş növbəti addımları planlaşdırmaq üçün hamını görüşə dəvət edib: “Ya bu gün, ya da heç vaxt”.

ELÇİN
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
reyting.az

1Mənbələr