AZ

“Sektor-85” “Araz-Naxçıvan”dan üz döndərib? - AÇIQLAMA

“Araz-Naxçıvan” “Turan Tovuz”la ev oyununda “Sektor-85” fanklubunun dəstəyindən məhrum qaldı.

Qonaqların “Ultras Turan” azarkeş qrupu matçın əvvəlindən sonuna qədər komandalarına dəstək olsalar da, Muxtar Respublika təmsilçisində sakitlik hökm sürdü. Komandanı “doğma divarlar” arasındakı görüşdə yalqız qoymalarının səbəbini öyrənmək üçün “Sektor-85” azarkeş qrupunun rəhbəri Əhməd Manafovla danışdıq:
“Hansısa problem yoxdu. Sadəcə, azarkeş qrupumuzun üzvləri çox uzaq məsafədən gəlməli olurlar. Bu üzdən də bəzən alınmır, gələ bilmirlər. Həmişə dediyim kimi, komanda udsa da, uduzsa da, yanındayıq. Heç bir narahatlıq yoxdu. Sadəcə, həmin gün imtahanlar və bəzilərinin də əlavə işləri olduğuna görə alınmadı”.


KAMAL SƏFƏR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
football-plus.az

1Mənbələr