AZ

İntizam Komitəsinin qərarları

10.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXIV turun “Neftçi” – “Kəpəz” oyununun 75-ci dəqiqəsində “Kəpəz” klubunun 88 nömrəli futbolçusu Şakir Seyidov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Kəpəz” klubu 1500 manat cərimə edilir (maddə 39.1);
11.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXIV turun “Zirə” – “Qarabağ” oyununun 89-cu dəqiqəsində “Zirə” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Zirə” klubuna xəbərdarlıq edilir (maddə 43.7);
 
11.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXIV turun “Zirə” – “Qarabağ” oyununda “Qarabağ” klubunun  4 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ” klubu 700 manat cərimə edilir (maddə 37);
 
12.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXIV turun “Sumqayıt” – “Səbail” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sumqayıt” klubu 800 manat cərimə edilir (maddə 51.2);
 
12.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXIV turun “Qəbələ” – “Sabah” oyununun 65-ci dəqiqəsində “Sabah” klubunun 18 nömrəli futbolçusu Davit Volkov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanır, “Sabah” klubu 3000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 40.3);
 
14.05.2024-cü il tarixində II Liqada XXV turun “Ağdaş” – “Şəfa” oyununda “Ağdaş” klubunun  4 futbolçusu sarı vərəqə aldığına görə “Ağdaş” klubu 70 manat cərimə edilir (maddə 37);
 
14.05.2024-cü il tarixində II Liqada XXV turun “Ağdaş” – “Şəfa” oyununun 64-cü dəqiqəsində “Ağdaş” klubunun 20 nömrəli futbolçusu Şəhriyar Kərimli ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Ağdaş” klubu 150 manat cərimə edilir (maddə 39.1);
 
14.05.2024-cü il tarixində II Liqada XXV turun “Lerik” – “Kür-Araz” oyununa Təcili Tibbi Yardım avtomobilinin gec gəlməsi səbəbindən matç gec başladığına görə “Lerik” klubu 100 manat cərimə edilir (maddə 72.4);
 
14.05.2024-cü il tarixində II Liqada XXV turun “Sheki City” – “Qusar” oyununa Təcili Tibbi Yardım avtomobilinin gec gəlməsi səbəbindən matç gec başladığına görə “Sheki City” klubu 100 manat cərimə edilir (maddə 72.4);
 
14.05.2024-cü il tarixində II Liqada XXV turun “Sheki City” – “Qusar” oyununda “Sheki City” klubu matçın ilkin protokolunu PFL-in elektron bazasında gec təsdiq etdiyinə görə “Sheki City” klubu 100 manat cərimə edilir (maddə 91);
 
11.05.2024-cü il tarixində Əvəzedicilər liqasında XXXIV turun “Neftçi-2” – “Kəpəz-2” oyununun 23-cü dəqiqəsində “Kəpəz-2” komandasının 44 nömrəli futbolçusu Nihat Fərəci ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Kəpəz-2” komandası 50 manat cərimə edilir (maddə 36.5);
 
11.05.2024-cü il tarixində Əvəzedicilər liqasında XXXIV turun “Neftçi-2” – “Kəpəz-2” oyununun 40-cı dəqiqəsində “Kəpəz-2” komandasının 70 nömrəli futbolçusu Nicat Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Kəpəz-2” komandası 300 manat cərimə edilir (maddə 43.3);
 
12.05.2024-cü il tarixində Əvəzedicilər liqasında XXXIV turun “Araz-Naxçıvan-2” – “Turan Tovuz-2” oyununda “Araz-Naxçıvan-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilir (maddə 37);
 
13.05.2024-cü il tarixində Əvəzedicilər liqasında XXXIV turun “Sumqayıt-2” – “Səbail-2” oyununun 87-ci dəqiqəsində “Səbail-2” komandasının 38 nömrəli futbolçusu Zeynəddin Abdurahmanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Səbail-2” komandası 50 manat cərimə edilir (maddə 36.5);
 
13.05.2024-cü il tarixində Əvəzedicilər liqasında XXXIV turun “Qəbələ-2” – “Sabah-2” oyununun 89-cu dəqiqəsində “Qəbələ-2” komandasının məşqçisi Elçin Rzazadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Qəbələ-2” komandası 100 manat cərimə edilir (maddə 42.4);
 
12 may 2024-cü il tarixində AFFA Region Liqasında keçirilən Göyəzən PFK - Şimal FK oyununda Göyəzən PFK komandasının heyətində 44 nömrəli futbolçu Tural Əliyev qarşılaşmanın 3-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə aldığı üçün 1 oyun cəzalandırılsın (maddə 36.5);
 
12 may 2024-cü il tarixində AFFA Region Liqasında keçirilən Hypers FC - Ümid FK (Saatlı) oyununda Ümid FK (Saatlı) komandasının heyətində 97 nömrəli futbolçu Eyyub Vahidov qarşılaşmanın 83-cü dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 41);
 
11 may 2024-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən İCBFA - Qarabağ FK oyununda İCBFA komandasının heyətində 17 nömrəli futbolçu Mətləb Mirzə qarşılaşmanın 68-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə aldığı üçün 1 oyun cəzalandırılsın (maddə 36.5);
 
11 may 2024-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən İCBFA-Qarabağ FK oyununun 68-ci dəqiqəsində Qarabağ FK komandasının heyətində 15 nömrəli futbolçu Ayxan Quliyev oyunun bərpasını ləngitdiyinə görə ikinci sarı vərəqə aldığı üçün 1 oyun cəzalandırılsın (maddə 36.5);
 
9 may 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən Kəpəz PFK - Universal Football Academy oyununda Kəpəz PFK komandasının heyətində 8 nömrəli futbolçu Turan Axundzadə qarşılaşmanın 69-cu dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə aldığı üçün 1 oyun cəzalandırılsın (maddə 36.5);
 
9 may 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən Neftçi PFK-European Football Academy oyununda European Football Academy komandasının heyətində 14 nömrəli futbolçu Kənan Aslan qarşılaşmanın 50-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılsın (maddə 43.3);
 
9 may 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən European Football Academy – Sabah FK oyununda Sabah FK komandasının heyətində 20 nömrəli futbolçu Emil Məmmədov qarşılaşmanın 68-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə aldığı üçün 1 oyun cəzalandırılsın (maddə 36.5);
 
9 may 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən European Football Academy – Sabah FK oyununun 68-ci dəqiqəsində Sabah FK komandasının köməkçi məşqçisi Nəbi Nəbizadə hakimlər briqadasını təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalandırılsın (maddə 43.4);
 
11 may 2024-cü il tarixində AFFA U-11 Liqasında keçirilən Sumqayıt FK - Neftçi PFK oyununun 23-cü dəqiqəsində Sumqayıt FK komandasının baş məşqçisi Vüsal Əsədov hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 42.4);
 
11.04.2024-cü il tarixində Yüksək Qızlar Liqasının keçirilməsi nəzərdə tutulan Baku Juniors-Olimpiya (Ağcabədi) oyunu Olimpiya (Ağcabədi) komandasının oyuna gəlməməsi səbəbindən baş tutmadığına görə Olimpiya (Ağcabədi) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1);
 
12 may 2024-cü il tarixində AHFF-nin birinciliyi Həvəskar liqasının III turu çərçivəsində keçirilən Xanlıq FK-Balaxanı FK oyununda Xanlıq FK komandasının heyətində 16 nömrəli futbolçu  Elşad Hacıyevin qarşılaşmanın 70-ci dəqiqəsində hakimə etiraza görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 36.5).
 
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
280
2
affa.az

7Mənbələr