AZ

Qərbi Balkan ölkələrində ən çox bəyənilən dünya liderləri - Ərdoğan öndə

Ərdoğan Beynəlxalq Respublikaçılar İnstitutunun 6 Qərbi Balkan ölkəsində keçirdiyi sorğu nəticəsində yerli əhalinin hansı dünya liderlərinə rəğbət bəslədiyi müəyyənləşdirilib.

Albaniya, Bosniya və Herseqovina, Monteneqro, Şimali Makedoniya, Serbiya və Kosovoda keçirilən sorğuda iştirakçılara “Dünya və regional liderlərdən hansılar haqqında müsbət fikirdəsiniz” sualı verilib.

Məlum olub ki, Qərbi Balkan ölkələrində yaşayan insanların ən çox rəğbət bəslədiyi lider Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandır.

Modern.az xəbər verir ki, Ərdoğan iki ölkə istisna olmaqla, digər bütün ölkələrdə keçirilən sorğularda qalib gəlib.

Ərdoğan ən yüksək göstəricini Albaniyada qazanıb. Respondentlərin 71%-i bildirib ki, onların ən bəyəndiyi lider Türkiyənin hazırkı prezidentidir.

Bosniya və Herseqovinada isə Ərdoğan 61 faizlə ən çox bəyənilən lider olub.

Çernoqoriyada sorğuya qatılanların 56 faizi, Şimali Makedoniyada isə 66 faizi prezident Ərdoğanın sevimli lider olduğunu qeyd ediblər.

Kosovoda ABŞ prezidenti Co Bayden 85 faizlə ən çox bəyənilən liderlər siyahısında birinci, prezident Ərdoğan isə 82 faizlə ikinci olub.

Serbiyada Rusiya prezidenti Putin və Çin prezidenti Si Cinpindən sonra ən çox bəyənilən 3-cü lider Ərdoğan olub.

Sorğuda 7 mindən çox insan iştirak edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
1
modern.az

2Mənbələr