AZ

Kiprdə ofşor, rüşvətxor qayın, Rublyovkada gizli mülk - Şoyqunun daha bir kadrının ŞOK əməlləri üzə çıxdı

Şoyqunun istefasından sonra onun ətrafının “təmizlənməsi” prosesi davam edir.

Musavat.com xəbər verir ki, onun bir neçə müavini, o cümlədən ordunun silahla təmin olunmasına cavabdeh olan Aleksey Krivoruçko istefa ərizəsi yazıblar.

Amma sonuncu Müdafiə Nazirliyinin saytında hələ də nazir müavini kimi qeyd olunub. Yerli medianın yazdığına əsasən, onun həyat tərzi həbs olunan generallardan çox da fərqlənmir.

Belə ki, Aleksey Krivoruçkonun Cənubi Kiprdə ofşor şirkətinə malik olduğu ortaya çıxıb. Krivoruçko 2012-ci ilin noyabrında Larnakada qeydiyyatdan keçmiş “Seaden Holdings Limited” şirkətinin direktorlar şurasının üzvü olub. 

O, Çexiyada da əvvəllər aktivlərinin olduğu başqa bir şirkəti əldə edib. Həmin şirkət 2019-cu ildə, Krivoruçkonun artıq Müdafiə Nazirliyində işlədiyi vaxt bağlanıb.

Məhkəmə icraçıları son günlərdə Krivoruçkonun qaynının izinə düşüblər. 2014-cü ildə Kirill Toropov dələduzluqda və pul almaqda ittiham edilərək 2 il müddətinə azadlıqdan məhrum edilib, lakin sonradan həqiqi cəza şərti cəza ilə əvəz edilib. O, günahını etiraf edib və dövlətə olan borclarını (15 milyon rubl) ödəyəcəyini vəd etsə də, bunu həyata keçirməyib.

Krivoruçkonun Rusiyanın ən lüks səmti sayılan Rublyovkada (Moskva vilayəti) mülkü var. Bundan başqa, Jukovkadakı 1,5 min kvadratmetr sahəsi olan bir saray və 3,5 min kvadratmetr sahə də ona məxsudur.

Aleksey Krivoruçko bəyanatlarında sarayda həyat yoldaşı, “Miss Moskva-2001” müsabiqəsinin qalibi Yekaterina Toropovanın yaşadığını qeyd etməyi “unudub”. Üstəlik, həyat yoldaşının, uşaqlarının da ABŞ pasportu var.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
4
musavat.com

5Mənbələr