AZ

Qara dənizdə daha bir pilotsuz kater məhv edilib

Krıma hücum edən Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus kater Qara dənizdə məhv edilib.

“İki sahil” RT-yə istinadla xəbər verir ki,  Qara dənizin qərb hissəsində Rusiya hərbçiləri Krıma doğru hərəkət edən Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus pilotsuz kater aşkarlayıb. Kater Hərbi Dəniz Qüvvələrinin standart dəniz aviasiya silahı ilə məhv edildi.

Rusiya Müdafiə Nazirliyi bildirir ki, pilotsuz qayıq Moskva vaxtı ilə saat 15:30 radələrində aşkar edilib.

Bu gün Rusiya Müdafiə Nazirliyi Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara dənizdə 11 pilotsuz kateri məhv etdiyini açıqlamışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
ikisahil.az

1Mənbələr