AZ

Rusiyanın xarici ticarət profisiti 9 milyard dolları ötüb

Bu ilin aprelində Rusiya Federasiyasının xarici ticarət profisiti 6,8 milyard dollardan 9,3 milyard dollara yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Bankının ilkin qiymətləndirməsində deyilir.

Məlumata əsasən, bu ilin yanvar-aprel aylarında Rusiyanın xarici ticarət profisiti ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 milyard dollar artaraq 43,7 milyard dollar təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanla Rusiyanın ticarət dövriyyəsi 1,3 milyard dollar təşkil edib.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
14
iqtisadiyyat.az

10Mənbələr