AZ

Bədii qiraətçi, gənc şair Xəzər Süleymanlı ilə görüş təşkil olunub

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Qonağımız var” layihəsi çərçivəsində bədii qiraətçi, gənc şair Xəzər Süleymanlı ilə görüş təşkil olunub.

Tədbirdə rəsmilər, ictimaiyyət nümayəndələri, rayon sakinləri və digər qonaqlar iştirak ediblər.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə bildirilib ki, Xəzər Süleymanlı qısa zamanda fərqli və özünəməxsus səs tembri ilə özünü və bədii qiraət sənətini geniş auditoriyaya, xüsusən gənclərə sevdirməyi bacarıb. Onun “Məni gözəl xatırla” adlı şeirlər kitabından söhbət açılıb. Qeyd olunub ki, kitabda qiraətçinin son illərdə səsləndirdiyi ən məşhur şeirlər yer alıb.

Qiraətçi çıxışında ona məşhurluq gətirən şeirləri səsləndirərək tədbirə gözəl bir ovqat bəxş edib. Həmçinin, onu sevənlərin suallarını cavablandırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
baku.news

1Mənbələr