AZ

Ukraynanın əsas ticarət tərəfdaşlarının adı açıqlandı

Yanvar-aprel aylarının nəticələrinə əsasən, Çin Ukraynanın ən böyük ticarət tərəfdaşı olub . Çindən ölkəyə tədarükün həcmi pul ifadəsində 4,2 milyard dollar təşkil edib. 

News24.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Gömrük Xidmətinin məlumatında deyilir.

İxracatçılar arasında ikinci yeri 2024-cü ilin ilk dörd ayında Ukrayna bazarına 2,3 milyard dollar dəyərində mal göndərən Polşa tutub. İlk üçlüyü ölkəyə ixracı 1,8 milyard dollar təşkil edən Almaniya qapayır.

Digər ölkələrdən Ukraynaya tədarükün ümumi həcminin 65%-ni maşın, avadanlıq və nəqliyyat, kimya məhsulları və yanacaq təşkil edib.

Ukrayna mallarının əsas idxalçıları Polşa (1,3 milyard dollar), Çin (1,2 milyard dollar) və İspaniya (1,1 milyard dollar) olub. Alışların əsas hissəsi ərzaq məhsulları, metallar və mineral məmulatların payına düşüb.

Mehriban Mirzəzadə



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
news24.az

1Mənbələr